Bakıda hərəkətdə olan minik avtomobilində yanğın baş verib.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə metronun \”Gənclik\” stansiyasının yaxınlığında baş verib.
Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsində yanğın baş verib.
Sürücü dərhal yolda park edərək yanan avtomobili tərk edib.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Yanğın nəticəsində avtomobilin içərisində olan yanar konstruksiyalar yanıb.
Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.
Səid Qərib
İnterpress.az