Hollandiyanın radikal sağçı siyasətçisi Geert Wilders İslam ölkələrinin qəti etirazından sonra Məhəmməd peyğəmbər mövzusunda keçirilməli olan karikatura müsabiqəsini \”məsum insanlara qarşı hücum təhdidi\”nə görə ləğv etdiyini bildirib.
Yarışa xüsusi diqqət ayırmış Pakistanın məşhur kriket oyunçusu Xalid Lətif Wildersin başına pul qoyduğunu bildirmiş, ölkədə isə karikatura məsələsi ilə bağlı etirazlar başlamışdı.
Wilders yazılı açıqlama ilə \”bu hadisə İslamın dözümsüz din olması ilə bağlı dediklərimin sübutudur\” deyib.
Çərşənbə günü Lahey Mərkəzi Stansiyasında Wildersə hücüm etməyə hazırlaşdığı bəhanəsiylə bir pakistanlı saxlanmış, polis təhlükəsizlik təhdidinin ciddi olduğunu bildirmişdi.
Talibandan Əfqanıstandakı Hollandiyalı əsgərlərə qarşı hücum çağırışı
Fərd olaraq yarışı ləğv etməyəcəyini deyən iqtidardakı Azadlıq Partiyasının lideri \”Hollandiyaya və məsum insanlara qarşı hücum riskinin çox real olduğunu\” bildirib.
Wilders \”İslami zorakılığın məsum insanlara qarşı yönəlmiş təhdidinin qarşısını almaq üçün müsabiqəni təşkil etməmək qərarına gəldim\” deyib.
Pakistanda karikatura müsabiqəsinə etirazlar
Pakistan Xarici İşlər Nazirliyi isə Wildersin açıqlamasından sonra \”bir böhranın qarşısının alındığını\” vurğulayaraq, qərarı məmnuniyyətlə qarşılayıb.
Twitterdə bir oyun paylaşan 32 yaşlı pakistanlı kriket oyunçusu Xalid Lətif \”Mən müsəlmanam. Peyğəmbərimi təhqir edən Wildersin başına 3 milyon rupi (təxminən 20 min dollar) mükafat qoyuram\”, demişdi.
Pakistan höküməti Wildersin-in payızda təşkil etmək istədiyi karikatura müsabiqəsini etirazla qarşılamışdı.
Minlərlə pakistanlı Pakistan Ədalət Hərəkatının (Pakistan Tahrik-i İnsaf – PTI) təşkil etdiyi etirazlara qoşulmuşdu. Pakistan Ədalət Hərəkatı Pakistan və digər İslam ölkələri, eləcə də Hollandiya ilə güclü əlaqələrə malikdir. Müsabiqə Əfqanıstandakı Taliban hərəkatını da narahat etmişdi.
Cümə axşamı Taliban cavab olaraq əfqan ordusunu NATO-nun Qətiyyətli Dəstək Missiyasına aid olan hollandiyalı hərbi dəstələrə hücuma çağırıb.
Rutte: \”Düşüncə azadlığına görə müdaxilə edə bilmərik\”
Hollandiyanın baş naziri Mark Rutte cümə günü karikatüra müsabiqəsinin hökumətin təşəbbüsü xaricində təşkil olunduğunu bildirib.
Rutte Wildersin bu hərəkətini \”provokasiya\” kimi dəyərləndirmiş, lakin \”düşüncə azadlığından dolayı\” buna müdaxilə edə bilməyəcəklərini açıqlamışdı. (bbc)
İnterpress.az