İnterpress.az xəbər verir ki, bu məlumatı jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib.
“İki ölkə arasında məsələləri müzakirə etmək üçün Putin və Ərdoğan ikitərəfli görüş keçirəcək”, – Kreml nümayəndəsi bildirib.
Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi sualına Peskov “ənənəvi” cavabını verib.
Xatırladaq ki, Türkiyə, Rusiya və İran arasında Suriya məsələsinin həlli ilə bağlı üçtərəfli görüş Tehranda sentyabrın 7-də keçiriləcək.
İnterpress.az