“Ən azından insan öz nüfuzuna görə. Amma əgər hansısa müğənni kriminalvari davranışlar nümayişlər etdirib kimisə üzr istətdirirsə, bununla demək istəyir ki, mən kriminal aləmə daha yaxınam və mənə qarşı diqqət olmalısınız. Ona görə hesab edirəm ki, insanları pis niyyətlərindən onları alçaldıcı şəkildə deyil, daha humanist şəkildə çəkindirmək lazımdır. Dəfələrlə olub ki, bizə də müraciət ediblər ki, filan adama deyin ki, filan hərəkəti etməsin və s. Təbii ki, vətəndaşı videoya çəkmək alçatmaq olmaz. Çünki bu, artıq cinayət tərkibi yaradır”.
Bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa son günlər bəzi müğənnilərin izləyicilərini alçaldaraq üzr istətdirib videoya çəkmələrinə münasibət bildirərkən deyib.
F.Mustafa qeyd edib ki, ümumiyyətlə kriminal aləmin təbliğ olunması və bu istiqamətdə müəyyən çəkilişləırin paylaşılması yolverilməzdir: “Eyni zamanda, bu işlərin digər şəxslər tərəfindən təbliğ olunması qanunvericiliyə ziddir. Düşünürəm ki, bu məsələ ilə əlaqədar olaraq qanunvericilikdə ciddi bir dəyişiklik etmək lazımdır. Çünki bu, yaxşı hal deyil. Çünki çox vaxt cəmiyyət bu cür təbliğatdan təəssüflənir. Kriminal aləmdən yazıların paylaşılması ilə bağlı ciddi addımlar atılmalıdır”.
Sosial mediada yayılan məlumatlara görə, daha çox açıq-saçıq geyimləri ilə gündəmə gələn müğənni Afaq Aslanın da kriminal aləmə daha yaxın olduğu bildirilir. Müğənninin \”Lotu Quli\” ləqəbli azərbaycanlı kriminal-avtoritet NAdir Səlifovla eşq həyatı yaşadığı haqda dəfələrlə mətbuatda məlumatlar dərc olunub. Cütlüyün sevgili olduğu barədə yayılan məlumatların nə dərəcədə həqiqətə uyğun olduğu barədə dəqiq olmasa da, sözügedən informasiya sosial medianın gündəmini zəbt edib.
Deputatın fikrincə hansısa müğənninin hansısa kriminal-avtoritetlə münasibətinin olmasını ictimailəşdirmək də düzgün deyil: “İnsanların daha sağlam daha doğru istiqamətdə formalaşmasına böyük bir zərbə vurur və təhlükə yaradır. Bu baxımdan da mən o fikirdəyəm ki, hansısa müğənninin hansısa kriminal-avtoritetlə münasibətini yaymaq da düzgün deyil”.
F.Mustafa bu cür şəxslərlə hüquq-mühafizə orqanlarının mübarizə aparmalarının lazım olduğunu bildirib: “Kriminal aləmin aktivləşməsi ümumiyyətlə yolverilməzdir. Bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Amma təbii ki, niyyətdən çox şey aslıdır. Niyyətə uyğun olaraq bir müğənninin kimisə alçaltmaq fikri yoxdursa, sadəcə onu pis niyyətdən çəkindirmək istəyirsə, bu, normaldır. Bununla yanaşı hər şeyi də gedib polislə həll etmək də düzgün deyil”.
Deputat qeyd edib ki, Azərbaycanın şou-biznes aləmində bəzi dəyəri olmayan müğənnilər hansısa güclü arxalıqlarına söykənib meydan at oynadırlar: “Müğənnilər arasında dəyəri olmayan müğənnilər də var. Hansı ki, onların arxasında vəzifəli və imkanlı şəxslər dayanıb. Onlar da bundan sui-istifadə edirlər. Təəssüflər olsun ki, qudurdulub cəmiyyətin qarşısına çıxardılan müğənnilər var ki, bu gün meydanda at oyandırlar. Eyni zamanda, belələri əxlaq mənfi təsir edəcək davranışlar nümayiş etdirirlər”.
Qeyd edək ki, Manaf Ağayevin həmkarı Mətanət Əsədovanı müdafiə etməsi, onun videosunu yayan insanı susdurması sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Müğənni insanlar tərəfindən qınağa tuş gəlib. Eyni zamanda, müğənninin onu təhqir etdiyi deyilən vətəndaşı videogörüntüyə çəkib üzr istətdirməsini əks etdirən görüntülərin yayılması da ölkə ictimaiyyətində birmənalıq arşılanmayıb.
Xatırladaq ki, bundan əvvəl də dəfələrlə bəzi müğənnilərin onları təhqir edən vətəndaşların üzr istətmələrini əks etdirən videogörüntülər mövcuddur.
Səid Qərib
İnterpress.az