Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.
İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, rayonun Qarazəncir kənd sakinləri 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı, 1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.
Məlumata görə, əvvələr məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, avqustun 29-da, 1932-ci il təvəllüdlü Firuzə və qızı 1974-cü il təvəllüdlü Sənubər yaşadıqları evdə öldürülüblər.
Firuzənin meyiti evin arxasında, tövlədə doğranmış vəziyyətdə aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İnterpress.az