\”Onun haqqında nə desəm, yenə də sözlər kifayət eləmir. Çünki o, ancaq qəlbin diliylə başa düşülə bilir. Tənzilə Rüstəmxanlı mənim mənəvi anamdır\”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyənin məşhur musiqiçisi Ahmet Şafak Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı ilə İstanbulda görüşünü dəyərləndirərkən deyib.
\”O, türkçü, ruh insanı, mədəniyyətin, dəyərlərin qorunması üçün mübarizə aparan şəxsdir. Eyni zamanda, yaxşı dost, sədaqətli sirdaşdır. O, İstanbula gəlib, təbii ki, xoş gəlib. T.Rüstəmxanlı ilə türk tarixindən bəhs olunmayan söhbətimiz xatirimdə deyil\” – deyə, Ahmet Şafak bildirib.
İnterpress.az