SOCAR və Rosneft arasında kontrakt imzalanıbbackend

SOCAR və Rosneft arasında kontrakt imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru İqor Seçin və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyədəki “STAR” neft emalı zavoduna Rusiya neftinin təchiz olunması barədə kontrakt imzalayıblar.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, sənəd 23 avqust 2018-ci il tarixində imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanıb. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması nəzərdə tutulur.

“Star” zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanmış bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq.

Qeyd edək ki, “SOCAR Turkey” şirkətinə məxsus olan “STAR” neft emalı zavodu Türkiyədə İzmir şəhərinin yaxınlığına Ege dənizinin sahilində yerləşir. “STAR” neft emalı zavodunun istismara verilməsi 2018-ci ilin oktyabr ayına planlaşdırılır. “STAR” neft emalı zavodunun emal gücü ildə 10 milyon ton təşkil edəcək.

İnterpress.az