Balakəndə 20 min manatlıq qızıl oğurlayanlar saxlanıldıbackend

Balakəndə 20 min manatlıq qızıl oğurlayanlar saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan musavat.com-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı mənzildən ümumi dəyəri 20 min manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin kimliyi müəyyən edilib və onlar saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Qızıl-zinət əşyalarını qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək gizli yolla talayıb, oğurlayan şəxslərin Balakən rayonunun İtitala kənd sakinləri Natiq Həsənov və Nuri Şabanov olduğu müəyyən edilib, oğurladıqları qızıl-zinət əşyaları da polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Onların digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

İnterpress.az