Bakının Nizami rayonu Qara Qarayev prospektində çəkildiyi iddia olunan görüntülər müzakirələrə səbəb olub.
İnterpress.az Azxəbər.com-a istinadən xəbər verir ki, videogörüntülərdə süpürgəçi bir qrup qadın tikinti üçün qum daşıyırlar.
Qadınlar onları çəkən şəxsə etirazlarını bildirərək, bu görüntülərin onların işlərini itirmələrinə səbəb olacağını deyirlər.
Görüntülərin konkret hansı tarixdə çəkildiyi məlum deyil.
İnterpress.az həmin görüntüləri təqdim edir: