“Forbes” milyarderlərin varislərinin reytinqini açıqladı – Azərbaycanlı milyarderin oğlu öndədirbackend

“Forbes” milyarderlərin varislərinin reytinqini açıqladı – Azərbaycanlı milyarderin oğlu öndədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Forbes”in reytinq cədvəlinə Rusiyada yaşayan “Lukoyl” şirkətinin sahibi, azərbaycanlı Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov liderlik edir.

Yusif Ələkbərov “Forbes”in müəyyən etdiyi reytinq cədvəlində birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Yusif Vahid Ələkbərovun yeganə övladıdır. Atasından sonra Yusifun varidatı 17 milyard dollar həcmində dəyərləndirilir.

İkinci yerdə “Novatek” şirkətinin sahibi Leonid Mixelsonun qızı Viktoruya və 3 yaşlı oğlu qərarlaşıb. Mixelsonun övladlarının hərəsinə 8,9 milyard dollar varidat düşür.

Üçüncü yerdə “Evroxima”nın sahibi Andrey Melniçenkonun övladları qərarlaşıb. Onun qızı Tara və oğlu Adriana hərəsinə 7,3 milyard dollar düşür.

Reytinqdə 20 yer müəyyənləşib və nəticədə 46 varis ümumilikdə 211 milyard dollar varidata sahib ola biləcək. (avropa.info)

İnterpress.az