MDB-də ilk dəfə – Bakıdabackend

MDB-də ilk dəfə – Bakıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, MDB regionunda ilk dəfə ölkəmizdə keçirilən təlimlər sahə üzrə mütəxəssislərin imkanlarını artırmaq üçün məlumat mübadiləsi aparmaq, habelə kibertəhlükəsizliklə bağlı insidentlərə qarşı mübarizə qruplarının fəaliyyətinin idarəolunması, fəaliyyət mexanizmləri ilə əlaqəli məsələləri müzakirə etmək və kibertəhlükələrin qarşısının alınması üzrə əməli təlimlər keçirmək, müasir mübarizə üsullarının tətbiqini öyrənmək məqsədi daşıyır.

Tədbirdə BTİ-nin üzvü olan MDB regionu ölkələrindən kibertəhlükəsizlik insidentlərinəreaksiya üzrə milli qruplar, kibertəhlükəsizlik ilə bağlı tənzimləyici orqanların numayəndələri ilə yanaşı Azərbaycanın aidiyyəti dövlət qurumlarının, telekommunikasiya operatorları, İnternet provayderlər, bankların və digər özəl şirkətlərin mütəxəssisləri iştirak edir. MDB-dən Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan olmaqla, Avropa və Asiyadan olan, ümumilikdə 14 ölkənin 75-dən artıq iştirakçısının qatıldığı tədbirdə beynəlxalq təşkilatları təmsil edən ekspertlər təlimlər keçəcəklər. Tədbirdə salamlama nitqi ilə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə sahə üzrə Azərbaycanda həyata keçirilən məqsədyönlü dövlət siyasətindən söz açıb.

Ölkəmizdə müasir texnologiyalardan dövlət idarəçiliyində, biznes fəaliyyətdə istifadəsinin genişləndiyini nəzərə alaraq, kibertəhlükəsizlik məsələləri də mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin ümumi inkişafında kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət ayrıldığını vurğulayan E.Vəlizadə NRYTN və digər dövlət qurumlarının yaxından iştirakı ilə beynəlxalq təcrübə əsasında kibertəhlükəsizlik üzrə milli strategiyanın hazırlandığını bildirib.

İnterpress.az