İnterpress.az xəbər verir ki, yeni qanuna əsasən, girişlərində viza tətbiq edilməyən ölkə vətəndaşlarına səyahət icazəsi sənədi məcburiyyəti tətbiq ediləcək. Səfərə çıxan bütün turistlər 7 avro ödəyərək internetdə qeydiyyatdan keçmək məcburiyyətində qalacaqlar.
Səfərə çıxanlar şəxsiyyət vəsiqəsi, səyahət sənədi, qeydiyyatda olduqları ünvan, əlaqə nömrələri, cinayət işləyib-işləmədikləri, hansı ölkələrdə olduqları, Aİ ölkələrindən deportasiya edilib-edilmədikləri barədə müxtəlif sualları cavablandıracaqlar.
Bu məlumatlar bazadakı məlumatlarla müqayisə edilib səfərə çıxan insanın təhlükəsizlik riski yaradıb-yaratmadığı müəyyənləşəcək.
Qanun 2021-ci ildən qüvvəyə minəcək.
İnterpress.az