ABŞ-a getmək asanlaşdı – SƏFİRLİKDƏN AÇIQLAMAbackend

ABŞ-a getmək asanlaşdı – SƏFİRLİKDƏN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-a səfər edən peyvənd vurdurmuş, qeyri-ABŞ vətəndaşlarının artıq National Interest Exception (NIE) ehtiyacı yoxdur”.

bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Səfirlik açıqlamasında qeyd edib ki, həm ABŞ vətəndaşları, həm də peyvənd olunmuş əcnəbi vətəndaşlar Birləşmiş Ştatlara getməzdən əvvəl öz hava yollarına təqdim etmək üçün peyvənd statusunu təsdiq edən sənədlə səyahət etməlidirlər:

“CDC qaydalarına əməl edin, səyahət edərkən peyvənd olunduğunuzun sübutunu göstərin və uçuşunuzdan üç gün əvvəl test verin. Bu peyvənd sübutu haqqında rəsmi mənbə tərəfindən verilmiş kağız və ya rəqəmsal qeyd olmalıdır və səyahətçinin adı və doğum tarixi, habelə səyahətçinin aldığı bütün dozalar üçün peyvənd məhsulu və tətbiq tarixini ehtiva etməlidir”.