ABŞ-Avstraliya reysi ilə uçan 7 nəfər turbulans nəticəsində xəsarət alıbbackend

ABŞ-Avstraliya reysi ilə uçan 7 nəfər turbulans nəticəsində xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havay Hava Yollarına məxsus təyyarə Havaydan Avstraliyanın Sidneyinə uçarkən turbulentliyə düşüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Turbulans nəticəsində 4 sərnişin və 3 stüardessa yaralanıb.

Havaya qalxdıqdan təxminən 5 saat sonra baş verən şiddətli turbulentlikdə başları tavana və ya sərt əşyalara dəyərək xəsarət alan sərnişinlərə və stüardessalara təyyarədə həkim tərəfindən tibbi yardım göstərilib.

Bildirilib ki, 163 sərnişin və 12 nəfərlik ekipaj olan Airbus A330 tipli təyyarə heç bir problem olmadan Sidneyə eniş edib və yaralılar xəstəxanaya çatdırılıb.