ABŞ-da 10 nəfərin qətlə yetirilməsində şübhəli bilinən şəxsin kimliyi açıqlanıbbackend

ABŞ-da 10 nəfərin qətlə yetirilməsində şübhəli bilinən şəxsin kimliyi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Los-Anceles dairəsinin şerifi Robert Luna Monterey Park şəhərində 10 nəfərin qətlə yetirilməsində şübhəli bilinən şəxsin kimliyini açıqlayıb.

Bu barədə “Report” “TASS” istinadən xəbər verir.

Qeyd olunub ki, atəş açan 72 yaşlı Hu Kanq Tran olub. Onun meyiti hadisə yerindən 50 km aralıda furqonda tapılıb, yanında isə tapança olub.

Onun sözlərinə görə, Monterey Park şəhərində baş verən hadisə ilə bağlı başqa şübhəli yoxdur və hadisənin motivləri müəyyənləşdirilir.

Yanvarın 21-də axşam saatlarında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles ətrafı Monterey Park şəhərində naməlum şəxsin “Çin Yeni ili” festivalının iştirakçılarına atəş açması nəticəsində azı 10 nəfər həlak olub.