ABŞ-də “Green Card” proqramı dayandırıldıbackend

ABŞ-də “Green Card” proqramı dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ “Green Card” lotereyasını dayandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Kristi Noem məlumat verib.

Məlumata görə, Amerika Birləşmiş Ştatları “Green Card” (Yaşıl Kart) lotereya proqramını dayandırmaq qərarı alıb.

Nazir qərarı onunla izah edib ki, Braun Universitetində atışma törətməkdə şübhəli bilinən şəxs ölkəyə məhz bu proqram vasitəsilə daxil olub.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və proqramın risklərinin yenidən qiymətləndirilməsi məqsədilə lotereyanın fəaliyyəti dayandırılıb.

Xuraman Etibarlı

İnterpress.az