ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Gürcüstan səfərə gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə diplomat “X” platformasında paylaşımında qeyd edib.
O, paylaşımında ABŞ-ın Gürcüstan hökumətinin anti-demokratik hərəkətlırindən dərin narahatlıq keçirdiyini qeyd edib.
“ABŞ Gürcüstan hökumətinin Gürcüstanın Avro-Atlantik gələcəyini təhlükə altına alan anti-demokratik hərəkətlərindən ciddi narahatdır”, – Zeya qeyd edib.
Qeyd edək ki, dövlət katibinin köməkçisi Gürcüstandan sonra Ermənistana səfər edəcək. Regional səfər 17 iyul tarixlərinədək planlaşdırılıb./APA