Flydubai pilotlarının Rusiya və Ukrayna vətəndaşı olması barədə məlumat TƏKZİB EDİLDİbackend

Flydubai pilotlarının Rusiya və Ukrayna vətəndaşı olması barədə məlumat TƏKZİB EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Flydubai insidenti ilə bağlı pilotların milliyyəti barədə ilkin məlumatlar təkzib edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsində baş verən insidentlə bağlı əvvəl yayılan pilotlardan birinin Rusiya, digərinin isə Ukrayna vətəndaşı olması barədə məlumatların doğru olmadığı bildirilib.

İsrail mediasının yeni məlumatına görə, təyyarənin komandiri Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olub, digər pilotun isə Oman vətəndaşı olduğu iddia edilir.

Hər iki pilotun dəqiq milliyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.

İnsident zamanı təyyarə fövqəladə siqnallar göndərib və Səudiyyə Ərəbistanının Tabuk şəhərinə yönəlib.

Reuters-in məlumatına görə, hadisənin pilotlar arasında fiziki qarşıdurma ilə əlaqəli olduğu bildirilib. Təyyarənin qaçırılması versiyası isə İsrail rəsmiləri tərəfindən təkzib edilib.

Pilotlardan birinin bıçaqla digərinə hücum edərək təyyarənin idarəetməsini ələ keçirməyə və onu qəsdən qəzaya uğratmağa çalışması barədə yayılan məlumatlar isə hazırda rəsmi şəkildə təsdiqlənməyib.

Ynet portalı bildirir ki, İsrail təhlükəsizlik orqanları hücum edənin terror motivini istisna etməyib. Məlumata görə, o, hazırda dindirilir.

Xuraman Etibarlı

İnterpress.az