ABŞ qlobal müharibəyə HAZIRLAŞIR: “Biz dünya savaşına doğru gedirik” – Taker Karlson – VİDEObackend

ABŞ qlobal müharibəyə HAZIRLAŞIR: “Biz dünya savaşına doğru gedirik” – Taker Karlson – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ imperiyaya çevrilib, dünya müharibəsinə gedirik”.

İnterpress.az xəbər verir ki, tanınmış amerikalı jurnalist Taker Karlson ABŞ-nin xarici siyasəti və hərbi planları barədə sensasion fikirlər səsləndirib.

Məlumata görə, Karlson bildirib ki, Birləşmiş Ştatlar imperiyaya çevrilib və hazırda Çin, eləcə də Şimali Koreya ilə müharibəyə hazırlaşır.

Jurnalist həmçinin Venesuelanın ələ keçirilməsi və Qrenlandiyanın satın alınması planlarının olduğunu da qeyd edib.

Jurnalist bu fikirlərini Donald Trampın ABŞ-nin 2027-ci il üçün hərbi büdcəsinin 1 trilyon deyil, 1,5 trilyon dollara çatdırılması barədə gecə saatlarında verdiyi bəyanatla əlaqələndirib.

Karlsonun fikrincə, belə nəhəng büdcə yalnız qlobal və ya regional müharibəyə hazırlaşan ölkə üçün xarakterikdir:

“Aydındır ki, biz bu istiqamətdə – dünya müharibəsinə doğru hərəkət edirik. Müdafiə büdcəsinin bu qədər artırılmasının başqa səbəbi mövcud deyil”.

Xuraman Etibarlı

İnterpress.az