ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvi imkanlarını nəzərdən keçirəcək.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
“Lazım gələrsə, biz Rusiyaya qarşı sanksiyaların ləğvi imkanlarını nəzərdən keçirəcəyik”, – Bessent deyib.
O, həmçinin bildirib ki, Zelenski Münhendə qalıq torpaq mineralları ilə bağlı müqavilə imzalamağa söz verib, lakin sonra bundan imtina edib.
Trampın milli təhlükəsizlik müşaviri Uolts deyir ki, Ukrayna “tonunu aşağı salmalı” və minerallar barədə sazişi imzalamalıdır.
Xuraman Etibarlı
İnterpress.az