ABŞ şirkəti İrana avadanlıq göndərdiyinə görə 60 min dollardan çox cərimələnəcək.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
ABŞ-ın Viskonsin ştatında yerləşən “Rice Lake Weighing Systems” şirkəti İrana qarşı sanksiyaların mümkün pozulması ilə bağlı iddiaları həll etmək üçün 60 764 dollar ödəməyə razılaşıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, şirkətin İtaliyadakı törəmə müəssisəsi 2019-2021-ci illərdə BƏƏ-dəki distribyutor vasitəsilə çəki ölçən avadanlıqları İrana göndərib.
Bildirilir ki, şirkət avadanlıqların son nəticədə İrana çatacağını bilib.
Xuraman Etibarlı
İnterpress.az






