ABŞ və Fransa qırıcılarını Ukraynaya təklif edirbackend

ABŞ və Fransa qırıcılarını Ukraynaya təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 

Fransa Ukraynaya MiQ-29-ları əvəz etməsi üçün “Dassaul Rafale” təyyarələrini təklif edə bilər.

Bu məlumatı “İntelligence Online” saytı yayıb.

Məlumata görə, 2021-ci ilin ilk yarısında Kiyevə gələcək Fransa Prezidenti Emmanuel Makronun səfərində əsas hədəflərdən biri məhz bu təyyarələrin Ukraynaya satışını təşkil etmək olacaq.

Sayt, həmçinin ABŞ-ın eyni niyyətdə olduğunu bildirib. Belə ki, yaxın zamanlarda Vaşinqtonun Ukrayna rəhbərliyinə F/A-18 qırıcılarını təklif edəcəyi vurğulanıb.

Qeyd edək ki, Ukrayna bundan öncə İsveçin “Gripen” və ABŞ-ın F-15 təyyarələrini, daha sonra isə gələcəkdə F-35-lərə keçid həyata keçirəcəyini açıqlamışdı.  /Axar.az/

 

 

İnterpress.az