Uitkoffun təyyarəsi Rusiya səmasına daxil olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Trampın xüsusi nümayəndəsinin olduğu ehtimal edilən təyyarə Rusiya sərhədini keçib, danışıqlar axşam saatlarında başlayacaq.
Məlumata əsasən, göyərtəsində ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun olduğu ehtimal edilən təyyarə Rusiya Federasiyasının hava məkanına daxil olub.
Bildirilir ki, Rusiya prezidenti Vladimir Putinlə danışıqların Moskva vaxtı ilə təxminən saat 17:00-dan (Bakı vaxtilə 18:00 – red.) sonra başlaması nəzərdə tutulur.
Tərəflərin Ukrayna münaqişəsinin həlli və mümkün sülh sazişinin detallarını müzakirə edəcəyi gözlənilir.

Xuraman Etibarlı
İnterpress.az






