Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, hadisə yolun 15-ci kilometrində, Abşeronda qeydə alınıb.
1991-ci il təvəllüdlü Qurban Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil yol keçən naməlum piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.