Abxaziyada kütləvi etirazlar başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Abxaziyada kütləvi etirazlar keçirilir. Müxalifət Abxaziyada dövlət təhlükəsizlik binasına soxulmağa cəhd edib, respublika magistral yolu bağlanıb
Etirazlara səbəb Abxaziyada “çoxfunksiyalı komplekslərin” tikintisinə qarşı mübarizə aparan beş müxalifət fəalının sərt şəkildə həbsi olub.
Sakinlər Krasnodar vilayətinin keçmiş rəhbəri və kənd təsərrüfatı naziri Aleksandr Tkaçevi bu komplekslərin tikintisinə lobbiçilik etməkdə ittiham edirlər.
Yerli mətbuatda bir sıra siyasi təşkilatları və Müharibə Veteranları İttifaqını təmsil edən müxalifətçilərin saxlanmasını əks etdirən kadrlar yayıldıqdan sonra respublika sakinləri hiddətlənib.
İnsanlar Dövlət Təhlükəsizliyi Xidmətinin (FTX-nin yerli ekvivalenti) binasını mühasirəyə alaraq məhbusların azad edilməsini tələb ediblər.
Etirazlarla əlaqədar ölkə prezidenti Aslan Bjaniya Təhlükəsizlik Şurasının təcili iclasını keçirib. Etirazlar noyabrın 11-də başlayıb, lakin hakimiyyət üçün vəziyyət çətin olaraq qalır.
Xuraman Etibarlı
İnterpress.az