Ağdaşda yol qəzası olub: Xəsarət alanlar varbackend

Ağdaşda yol qəzası olub: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaş rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

Belə ki, birinci Aral kəndi ərazisində Şəmsabad kənd sakini Aydın Əliyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Yuxarı Ləki kənd sakini Həsrət Məmmədovun idarə etdiyi “VAZ-2101” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ-21099”da olan üç nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.