Ağstafada bir qrup rayon ağsaqqalı ilə görüş keçirilibbackend

Ağstafada bir qrup rayon ağsaqqalı ilə görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa şəhəri S.Vurğun adına mədəniyyət və istirahət parkında bir qrup rayon ağsaqqalı ilə görüş keçirilib. Görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon Ağsaqqallar Şurasının sədri Hüseyn Hüseynov iştirak ediblər. Tədbirdə ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, eləcə də ictimai-siyasi sabitliyindən geniş söz açılıb. Rayon ağsaqqalları hər zaman Ağstafaya göstərilən yüksək dövlət qayğısına görə ağstafalılar adından ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

 

İnterpress.az