Aİ-də korrupsiya qalmaqalı Lyayen və Kallas arasındakı gərginliyi artırıb – “Politico”backend

Aİ-də korrupsiya qalmaqalı Lyayen və Kallas arasındakı gərginliyi artırıb – “Politico”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-də korrupsiya qalmaqalı fon der Lyayen və Kallas arasındakı gərginliyi artırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Tenderlərlə bağlı saxtakarlıq faktları üzrə aparılan araşdırma Avropa Komissiyası ilə Aİ diplomatiyası rəhbəri arasındakı münasibətləri kəskinləşdirib.

Məlumata əsasən, Avropa İttifaqında yaşanan korrupsiya qalmaqalı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasındakı münaqişəni daha da dərinləşdirib.

Nəşr yazır ki, tenderlərlə bağlı maxinasiya (dələduzluq) işi üzrə aparılan istintaq Avropa Komissiyasının rəhbərliyi ilə Aİ-nin diplomatik xidmətinin başçısı arasındakı mövcud gərginliyi pik həddə çatdıra bilər.

Xuraman Etibarlı

İnterpress.az