Avropa İttifaqı (Aİ) Komissiyası qanunsuz miqrasiya ilə mübarizədə Tunislə əməkdaşlığı artırmaq istədiklərini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Tunis və Avropa İttifaqı arasında miqrasiya sahəsində tərəfdaşlığın əhəmiyyəti və onun Avropa Birliyinə üzv dövlətlərlə əməkdaşlıqda bu tərəfdaşlığı artırmağa hazır olduğu bildirilib.
Qeyd edilib ki, Tunisin müvafiq orqanları və Europol qanunsuz miqrasiyanın təhlükələri barədə məlumatlılığın artırılması və işçi saziş imzalanması üçün səy göstəriləcək.
Hər iki tərəf artıq Tunisdə qanunsuz miqrantların müdafiəsi və repatriasiyası sahəsində əməkdaşlığı artırmaq, Aİ isə könüllü geri qayıtmaq üçün daha çox dəstək vermək barədə razılığa gəlib.
Qeyd edək ki, son 10 gündə 210 qeyri-qanuni miqrantın cəsədi tapılıb
Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya çatmaq üçün Tunisə gəlir.
Uzun illər Tunisdə mühacir məhəllələrində yaşayan Saharaaltı Afrika ölkələrindən olan mühacirlərin bir qismi Avropaya çatmağı bacarır, digərləri isə dənizdə ölür.
Tunisdə aprelin 18-27-də 210 qeyri-qanuni miqrantın cəsədi tapılıb.