Aİ: Ümid edirik ki, indi Ermənistan Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı razılığa gələcək – FOTObackend

Aİ: Ümid edirik ki, indi Ermənistan Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı razılığa gələcək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz ümid edirik ki, indi Ermənistan Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı razılığa gələcək

İnterpress.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Maqdalena Qrno deyib.

“Mən həqiqətən ümid edirəm ki, Ermənistan və Azərbaycan yaxın vaxtlarda Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yüklərin tranziti proseduru ilə bağlı razılığa gələ biləcək”, – Qrno bildirib.

Bundan başqa, o qeyd edib ki, Bakıdan əvvəllər eşitmədiyi müsbət siqnallar var.

2023-cü ilin mayında Aİ nümayəndəsi Toivo Klaar Naxçıvanla Azərbaycan arasında Sünik (Zəngəzur – red.) vasitəsilə kommunikasiya rejiminin müzakirəsinin zəruriliyini qeyd edib:

“Mən əminəm ki, Ermənistan vasitəsilə Azərbaycan və Naxçıvan arasında tranzit əlaqələrinin əlaqələndirilməsi məsələsini həll etmək kifayət qədər asan olacaq”.

Xuraman Etibarlı

İnterpress.az