Milli Məclisin sədr müavini, VHP Ali Məclisinin üzvü, akademik Rəfael Hüseynov Kürdəmir və Hacıqabul rayonlarında seçicilərlə görüş keçirib. Sığırlı kəndində qəbul keçirən akademik Rafael Hüseynov seçicilərin yazılı və şifahi müraciətləri ilə bağlı görülmüş işlərdən bəhs etmiş, onların istək və təkliflərini dinləmiş, çoxsaylı suallarını cavablandırmışdır.
Millət vəkili həmçinin C.Əsgərov adına Sığırlı kənd tam orta məktəbində müəllim kollektivi ilə keçən görüşdə təhsilin keyfiyyətinin artırılması, dərsliklər problemi ətrafında fikir mübadiləsi aparıb. Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov məktəbin qayğıları ilə bağlı müvafiq addımların atılması üçün səylərini əsirgəməyəcəyini bildirib.
Hacıqabulda da seçicilərlə növbəti görüşünü keçirən millət vəkili Rafael Hüseynov əvvəlcə arxada qalan 1 ay ərzində seçicilərin ona müraciətləri ilə bağlı müxtəlif qurumlara göndərdiyi məktublardan, problemlərin həlli istiqamətində apardığı işlərdən danışmışdır. Hacıqabul sakinləri rayonun gündəlik həyatı bir sıra vacib məsələləri qaldırmış, bununla baölı təklif və arzularını söyləmişlər. Deputat Rafael Hüseynov sakinləri maraqlandıran sualları cavablandırmışdır.