“Alik Media”nın təsisçisi Tbilisi hava limanında saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Gürcüstanda fəaliyyət göstərən “Alik Media” nəşrinin erməni bürosunun versiyasının baş redaktoru Arsen Xaratyanın sentyabrın 17-də səhər saatlarından Tbilisi Beynəlxalq Hava Limanında saxlanılıb.
O, Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinin nəzarəti altındadır. “Alik Media”nın təsisçisinə telefon rabitəsindən istifadə etmək qadağan olunub.
Xaratyan artıq 5 saatdan çoxdur ki, hava limanındadır.
Qeyd edək ki, bir həftə əvvəl hava limanında Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisi tərəfindən Xaratyana onun ölkəyə girişinin qadağan olunduğu barədə məlumat verilib. Lakin 2 saatdan sonra ona giriş icazəsi verilib.
Xaratyan bildirib ki, onun Gürcüstana girişinə qadağa qoyulmasının səbəbi barədə heç nə bilmir. Onun sözlərinə görə, əvvəllər belə hal olmayıb.
Xuraman Etibarlı
İnterpress.az