Alimlərdən XƏBƏRDARLIQ: “El-Nino” Yer kürəsində ciddi fəsadlara yol açacaqbackend

Alimlərdən XƏBƏRDARLIQ: “El-Nino” Yer kürəsində ciddi fəsadlara yol açacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güclü “El-Nino” səbəbindən Yeri “çox ciddi” kataklizmlər gözləyir

İnterpress.аz xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

BMT və ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) xəbərdarlıq edir ki, güclü “El-Nino” iqlim hadisəsi Yer kürəsində genişmiqyaslı fəsadlara yol açacaq.

Alimlər bəzi bölgələrdə dağıdıcı daşqınların, digər ərazilərdə isə ekstremal istilər və quraqlığın baş verəcəyini proqnozlaşdırırlar.

Ən böyük fəsadların Asiya, Afrika və Cənubi Amerikada qeydə alınacağı gözlənilir.

İqlim anomaliyaları səbəbindən qlobal kənd təsərrüfatı istehsalının 14.3% azala biləcəyi bildirilir.

Artıq Hindistanda məhsuldarlığa təhlükə yaradan quraqlıq müşahidə olunur, Avropa və ABŞ isə anomal istilərdən əziyyət çəkir.

Bütün bunların fonunda qlobal ərzaq qiymətlərinin təxminən 15.8% bahalaşacağı gözlənilir.

Analitiklərin qiymətləndirmələrinə görə, düyü, şəkər, qəhvə və palma yağının qiyməti hətta 100%-dək arta bilər.

Xuraman Etibarlı

İnterpress.аz