Almaniyada sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər ölübbackend

Almaniyada sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Leypsiq şəhərində sərnişin avtobusunun şosedə aşması nəticəsində 5 nəfər həyatını itirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Saksoniya polisindən verilən məlumata görə, A9 şosesində Wiedmar və Schkeuditzer Kreuz kəsişmələri arasında avtobusun iştirakı ilə yol qəzası baş verib.

Leypsiq polisinin sözçüsü Olaf Hoppe Ntv televiziya kanalına verdiyi açıqlamada qəzanın necə baş verdiyini müəyyən etmək üçün işlərin davam etdiyini bildirib:

“İndiyə qədər diqqətimiz xilasetmə qrupları üzərində idi. Çünki çoxlu yaralı və ən az 5 ölü var. Bu səbəbdən səhiyyə ön planda idi”.

Avtobusun yan yatdığını bildirən Hoppe, yaralıların helikopterlə xəstəxanalara aparıldığını bildirib.

Hoppe qəza ilə bağlı araşdırmanın axşam saatlarına qədər davam edəcəyini və A9 şossesinin uzun müddət trafikə bağlı ola biləcəyini ifadə edib.