Anadan DƏHŞƏTLİ ƏMƏL: 18 aylıq körpəsini BIÇAQLADI – FOTO/VİDEObackend

Anadan DƏHŞƏTLİ ƏMƏL: 18 aylıq körpəsini BIÇAQLADI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqırdıstanda ana bir yarım yaşlı oğlunun qarnını doğrayıb. Uşaq ağır vəziyyətdə əməliyyata götürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Başqırdıstan Respublikasında 22 yaşlı Aida adlı qadın 18 aylıq oğlunu qarnından bıçaqlayıb.

Hadisə Priyutovo qəsəbəsində baş verib. Qadın və tanışı İlnur evdə spirtli içki qəbul edərkən, başqa otaqda yatmayan və ağlayan uşaq ananı əsəbiləşdirib.

İlkin məlumata görə, ana əvvəlcə uşağı yumruqla baş nahiyəsinə döyüb, daha sonra isə bıçaqla qarnından vurub.

O, uşağı otaqda qoyub küçəyə çıxıb və təsadüfi keçəndən telefon alaraq xilasetmə xidmətinə zəng edib.

Hadisə yerinə gələn tibbi briqada uşağı ağır vəziyyətdə xəstəxanaya çatdırıb. Balaca Belebey rayon xəstəxanasında əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər uşaqda açıq qarın yarası, kəllə-beyin travması, beyin silkələnməsi və hematoma aşkar ediblər.

Məlum olub ki, Aida daha əvvəl də övladının müalicəsini laqeyd yanaşdığı üçün himayə orqanlarının nəzarətində olub.

Uşağın vəziyyəti stabilləşdikdən sonra onun uşaq sığınacağına verilməsi planlaşdırılır.

Başqırdıstanın Belebeyevski Şəhər Məhkəməsi 18 aylıq oğlunu öldürməyə cəhd edən 22 yaşlı Aidaya hökm oxuyub.

O, uşağı öldürməyə cəhddə təqsirli bilinərək ümumi rejimli cəza koloniyasında 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xuraman Etibarlı

İnterpress.az