Anar Məmmədov Naftalanda vətəndaşları qəbul edibbackend

Anar Məmmədov Naftalanda vətəndaşları qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların problemləri ilə maraqlanan YAP-çı millət vəkili Anar Məmmədov növbəti dəfə Naftalan şəhərində pandemiya qaydaları çərçivəsində vətəndaşların qəbulunu həyata keçirib.

Qəbuldan öncə ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyulub. Naftalan şəhəri Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının – şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra vətəndaşlarla fərdi qaydada görüş keçirilib, millət vəkili onların müraciət və təkliflərini dinləyib. Görüş zamanı vətəndaşları narahat edən bəzi məsələlər müzakirə zamanı həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün

qəbuldan sonra müvafiq tapşırıqlar verilib. Həmçinin millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə deputat Anar Məmmədov tərəfindən nəzarətə götürülüb.

Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər