Anjey Duda: “Polşa münasibətlərimizin gələcək inkişafına hazırdır”backend

Anjey Duda: “Polşa münasibətlərimizin gələcək inkişafına hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan Sizə, ölkənizə, xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Polşa ilə Azərbaycan arasındakı ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə toxunaraq Sizi əmin etmək istərdim ki, Varşava xalqlarımız üçün faydalı olan bütün əməkdaşlıq sahələrini əhatə edən münasibətlərimizin gələcək inkişafına hazırdır.

Cənab Prezident, icazə verin, milli bayramınız münasibətilə bir daha bütün Azərbaycan vətəndaşlarına təbriklərimi çatdırım”.

 

 

 

İnterpress.az