Ankara Afina ilə danışıqlara başladıbackend

Ankara Afina ilə danışıqlara başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanla danışıqlarımız bu yaxınlarda yenidən başladı.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına açıqlamasında deyib.

“Yunanıstan xarici işlər naziri Nikos Dendias dünən Türkiyəyə gələcəkdi, lakin NATO danışıqlarına görə qaldı. Bu gün üçün çağırdım və qəbul etdi. Onunla səmimi bir atmosferdə görüşməyi planlaşdırırıq. Yunanıstanla dialoq və yüksək səviyyəli səfərlər çox önəmli və qənaətbəxşdir. Bizim Yunanıstanla görüşmək üçün AB-yə və ya digər ölkələrə ehtiyacımız yoxdur. Yunanıstanla razılaşmadığımız məsələlər var. Bunlar barədə açıq danışmağımız lazımdır”, – Çavuşoğlu bildirib.

 

İnterpress.az