Ankara qaçqınları Suriyaya qaytarmaq üçün Türkiyə-Suriya sərhədində keçid məntəqəsini AÇDIbackend

Ankara qaçqınları Suriyaya qaytarmaq üçün Türkiyə-Suriya sərhədində keçid məntəqəsini AÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara qaçqınları Suriyaya qaytarmaq üçün Türkiyə-Suriya sərhədində imkanlarını artırıb.

İnterpress.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yevlikaya məlumat verib. Onun sözlərinə görə, əvvəlki 3 min nəfərlə müqayisədə gündəlik 15-20 min nəfərə yüksəlib.

Yerlikaya həmçinin bildirib ki, dekabrın 11-də Suriyanın qeyri-hökumət təşkilatları (QHT) ilə görüş keçiriləcək və qaçqınların Suriyaya qayıtması məsələsi müzakirə olunacaq.

Dekabrın 9-da prezident Ərdoğan suriyalı qaçqınların təhlükəsiz və könüllü qayıtmasını təmin etmək üçün Türkiyənin Suriya ilə sərhəddə Yayladağı keçid məntəqəsini açdığını açıqlayıb.

Bu keçid məntəqəsi 2013-cü ildən sərhəd bölgəsində gedən döyüşlər səbəbindən bağlanmışdı.

Xuraman Etibarlı 

İnterpress.az