Apple üç ay ərzində təxminən 100 VPN tətbiqini silib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Apple üç ay ərzində təxminən 100 VPN tətbiqini silib.
Onların 20%-dən çoxu iyuldan sentyabr ayına qədər ictimaiyyətə bildirilmədən bloklanıb.
Şirkət öz mağazasından 60 proqramı silib və Roskomnadzor onlardan yalnız 25-nin bloklanmasını tələb edib.
Silinmiş proqramlar arasında məşhur VPN müştəriləri NordVPN, ExpressVPN və Proton VPN var.
Xuraman Etibarlı
İnterpress.az