“ASAN xidmət”dəki uzun növbələrlə bağlı AÇIQLAMAbackend

“ASAN xidmət”dəki uzun növbələrlə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə “ASAN xidmət” mərkəzlərinin qarşısında uzun növbələrin yaranması ilə bağlı görüntülər yayılıb.

Yasamal rayonunda yerləşən 3 saylı “ASAN xidmət”in qarşısında çəkilmiş görüntülərdən də aydın olur ki, pandemiya şəraiti olmasına baxmayaraq, əhali arasında sosial məsafə gözlənilmir, pandemiya qaydaları pozulur.

Məsələ ilə bağlı qurumdan bildirilib ki, “ASAN xidmət” mərkəzlərinin gndəlik iş rejimi, xidmətlərin göstərilmə müddəti və xidmətlər üzrə müraciətlərin sayı nəzərə alınmaqla “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri daxilində vətəndaş axınının və sıxlığının idarə olunması Nazirlər Kabinetinin koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınmasına dair tədbirlər haqqında müvafiq qərarlarına uyğun olaraq tənzimlənir:

“Koronavirusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində hazırda “ASAN  xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmətlər həftənin bazar ertəsi – cümə günləri həyata keçirilir, şənbə və bazar günləri qeyri-iş günüdür. Buna baxmayaraq, vətəndaşlar həftə sonu mərkəzlərə müraciət edərək yalnız hazır sənədlərin götürülməsi xidmətindən yararlana bilərlər. Araşdırmalar nəticəsində müəyyən edilib ki, hazır sənədlərinin həftə sonu hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşların 70-80%-i həmin günlər deyil, növbəti həftənin əvvəli mərkəzə müraciət edirlər. Bu isə öz növbəsində vətəndaş axının idarə olunmasında çətinliklər yaradır”.

Xidmətdən həmçinin bildirilib ki, statistik göstəricilərə əsasən, demək olar ki, onlayn növbə götürmüş vətəndaşların 30%-i xidmətə müraciət etmirlər:

“Vətəndaşlarımızdan xahiş olunur ki, “ASAN növbə” mobil tətbiqində növbə götürüb, lakin hər hansı səbəbdən mərkəzə gələ bilmədikdə növbədən imtina etsinlər. Vətəndaşlarımıza tövsiyə olunur ki, əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaq, heç bir növbə gözləmədən xidmətlərdən yararlanmaq məqsədi ilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməmişdən öncə onlayn növbə götürsünlər. Bir daha bildiririk ki, mərkəzlərə müraciət edən zaman vətəndaşlarımızdan COVID-19 pasportu  tələb olunmur və bununla əlaqədar heç bir ajiotaja ehtiyac yoxdur”.