Aslan İsmayılov Dağüstü Parkdakı yanğından danışdı: “Səhlənkarlıqdan baş verib”backend

Aslan İsmayılov Dağüstü Parkdakı yanğından danışdı: “Səhlənkarlıqdan baş verib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə Bakının Səbail rayonu “Dağüstü Park” ərazisində yanğın baş verib.

Hadisə zamanı ərazidə olan tanınmış vəkil Aslan İsmayılov, açıqlamasında yanğının başvermə səbəbindən danışıb.

A.İsmayılov əraziyə cavabdeh şəxslərin səhlənkarlığı ucbatından, sahənin yandığını deyib:

“Həmin ərazidə baş qaldıran otlar biçilmirdi, alaq vurulmurdu. Ona görə, xeyli ot yığılmışdı. Ancaq mənə məxsus ərazidə torpaq yaş olan kimi alaqları təmizləyirəm. Yanğın baş verən ərazidə isə bu işi görmürlər, səhlənkarlıq edirlər”.

Vəkil bildirib ki, yanğın hadisəsi onun saldığı “Xan çinarı” parkının yaxınlığında qeydə alınıb:

“Bizim saldığımız parkın 4-5 metrliyinə qədər gəlmişdi yanğın. Mən də sürücümlə birlikdə hadisə olan yerdə idik. Artıq yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Belə məsuliyyətsizlik etmək olmaz”.

Qeyd edək ki, yanğın olan ərazinin yaxınlığında tanınmış hüquqşünas Aslan İsmayılov tərəfindən “Xan çinarı” parkı salınıb. (Demokrat.az)