Avropa Azərbaycanlıları Konqresi 7 KİV rəhbərini təltif etdi – SİYAHIbackend

Avropa Azərbaycanlıları Konqresi 7 KİV rəhbərini təltif etdi – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov 22 iyul – Milli Mətbuat və Jurnalistika gününün 145-ci ildönümü münasibətilə bir qrup jurnalistin təltif olunması haqqında qərar qəbul edib.

İnterpress.az xəbər verir ki, qərara əsasən, Avropa qitəsindəki Azərbaycan təşkilatlarının və icmalarının həyat və fəaliyyətlərini davamlı olaraq dolğun və operativ şəkildə işıqlandırdıqlarına görə 7 jurnalist Avropa Azərbaycanlıları Konqresinin “Xatirə Medalı” ilə təltif edilib.

İnterpress.az həmin jurnalistlərin adlarını təqdim edir:

1. Mirşahin Dilavər oğlu Ağayev – Real Təhlil İnformasiya Mərkəzinin direktoru

2. Rauf Arif oğlu Abbasov – “Yeni Müsavat” media qrupunun rəhbəri

3. Vüsalə Mahir qızı Abışova – “APA Holding” MMC-nin prezidenti

4. Aynur Camal qızı Quliyeva – “Gündəlik Teleqraf” MMC-nin direktoru

5. Vasif Ağaəhməd oğlu Həsənli – Demokrat.az xəbər saytının rəhbəri

6. Toğrul Ağaəli oğlu Allahverdili – İnterpress.az xəbər saytının rəhbəri

7. Aqil Ələsgər oğlu Fərəcov – “Yeni Çağ” qəzetinin baş redaktoru

Yüksək diqqətə görə, İnterpress.az  adından Avropa Azərbaycanlıları Konqresinə və onun rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.

İnterpress.az