Tramp Reyqan reklamına görə Kanada ilə ticarət danışıqlarının başa çatdığını elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında yazıb.
Tramp Kanadanın Ronald Reyqanın arxiv çıxışından istifadə etdiyi reklam çarxına görə bu ölkə ilə ticarət danışıqlarını dayandırdığını açıqlayıb.
O bildirib ki, “Ronald Reyqan Fondu” Kanadanı saxta reklamda Reyqanın tariflərə qarşı çıxışını saxtalaşdırmaqda ittiham edib.
Prezident qeyd edib ki, reklamın dəyəri 75 milyon dollar olub və bu addım ABŞ məhkəmələrinin qərarlarına təsir göstərmək məqsədi daşıyır.
Bloomberg yazır ki, həmin reklam Ontarionun hökuməti tərəfindən maliyyələşdirilib.
Reklamda 1987-ci ildə Reyqanın azad ticarəti müdafiə etdiyi və tarifləri “köhnəlmiş və zərərli” adlandırdığı çıxışdan istifadə olunub.
Ronald Reyqan Fondu və İnstitutu isə videonun icazəsiz yayımlandığını və çıxışın mənasının təhrif edildiyini bəyan edib.
Xuraman Etibarlı
İnterpress.az






