Tramp Xarkovda uşaq bağçasına hücumdan sonra Rusiyaya sanksiyalar tətbiq edib – CNNbackend

Tramp Xarkovda uşaq bağçasına hücumdan sonra Rusiyaya sanksiyalar tətbiq edib – CNN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Xarkovda uşaq bağçasına hücumdan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Xarkovda uşaq bağçasına pilotsuz uçuş aparatları ilə hücumundan sonra Moskva ilə bağlı daha sərt mövqe tutmaq qərarına gəlib.

Bildirilir ki, hətta Ağ Evdə belə prezidentin yeni sanksiyalar paketinə bu qədər sürətlə qərar verməsi bir çoxlarını təəccübləndirib.

Tramp məsləhətçilərinə bildirib ki, “instinktləri” ona Putinlə münasibətlərdə artıq başqa istiqamətdə hərəkət etməyin vaxtının çatdığını deyir.

Xuraman Etibarlı

İnterpress.az