Jitomir bölgəsindəki Ovruch yaxınlığında bir kişi şəhərətrafı qatarda qumbara partladıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV polisə istinadən məlumat yayıb. Məlumata görə, Ovruc yaxınlığında elektrik qatarında kişi hüquq-mühafizə orqanları onu saxlayarkən qumbaranı partladıb. Hadisə nəticəsində ölən və yaralananlar var.
Məlumatlı mənbə bildirib ki, beş nəfərin öldüyü təsdiqlənib. on iki nəfər yaralanıb.
Hazırda hadisə yerində polis, təcili tibbi yardım və fövqəladə xidmət əməkdaşları işləyir. Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






