Avropa çempionatı: AFFA rəsmisi final oyununa təyinat alıbbackend

Avropa çempionatı: AFFA rəsmisi final oyununa təyinat alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının final oyununa təyinat alıb.

O, iyunun 1-də Fransa və Niderland yığmaları arasında keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi olacaq.

Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya – Lüksemburq, B qrupunda Fransa – Polşa, D qrupunda Şotlandiya – Portuqaliya, 1/4 finalda isə Danimarka – Serbiya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.

Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.