Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirməyi tələb edib.
İnterpress.az xəbər verir ki, AK rəhbəri Kiyevin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların bu il başlamalı olduğunu qeyd edib.
Bildirilir ki, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirməyə və 2025-ci ildə substantiv danışıqlara başlamağa çağırıb.
“Biz Ukraynanın ittifaqımıza üzvlük yolunu sürətləndirməliyik. Bu, təkcə Ukraynanın istəyi deyil”, – Avropa rəsmisi bildirib.
Xuraman Etibarlı
İnterpress.az