“Avropa Parlamentinin məlum qətnaməsi qəbuledilməzdirbackend

“Avropa Parlamentinin məlum qətnaməsi qəbuledilməzdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanın miqrasiya sahəsində əməkdaşlıq etdiyi iki mühüm təşkilat var”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker deputat Əli Hüseynli deyib.

Deputat bildirib ki, onlardan biri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzidir (MSİBM).

“Bu beynəlxalq miqrasiya mərkəzi Avropa İttifaqının bir çox layihəsini Azərbaycanda icra edib. Son olaraq Azərbaycanda 6 milyon avro dəyərində layihə icra edib və 3 layihə də icra edilməkdədir. Bu təşkilat Cənubi Qafqazın iki digər ölkəsində də fəaliyyət göstərir və nümayəndəlikləri var”, – deyə o bildirib.

Deputat qeyd edib ki, Avropa Parlamentinin məlum qətnaməsi qəbuledilməzdir: “Bu təşkilat Dağlıq Qarabağ problem ilə heç vaxt məşğul olmayıb. Bu konfliktə son qoyulub. Bu konfliktlə bağlı istinad olunacaq sənəd 10 noyabr bəyanatıdır”.

 

 

İnterpress.az