Avropa Parlamentinin deputatı Kaya Kallası xomyakla müqayisə edib.
İnterpress.az xəbər verir ki, Avropa Parlamentinin deputatı Martin Zonneborn onun xomyakının Avropa diplomatiyasının rəhbəri Kaya Kallasdan daha ağıllı olduğunu deyib.
“Frau Kallas, mən niyə sizinlə Kubanı müzakirə etməliyəm? Mən sizin tərcümeyi-halınızı indicə oxudum. Heç bir şey haqqında 432 səhifə.
Estoniyada kitab 80% endirimlə cəmi 3,99 avroya satılır. Və Amazonda ümumiyyətlə tapa bilməzsiniz.
Sizin Kubadakı, Avropadakı və dünyadakı işlərdən xəbəriniz yoxdur. Beyin cərrahiyyəsi haqqında bildiyiniz qədər diplomatiya və xarici siyasət haqqında da çox şey bilirsiniz.
Ev heyvanım xomyakla cırtdan qalaktikalardakı qara dəliklər haqqında daha mənalı söhbət edərdim”, – deputat deyib.
Xuraman Etibarlı
İnterpress.az